ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrın 28-dən oktyabrın 4-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
ANAMA-dan Crossmedia.az-a bildirilib ki, ötən həftə aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 254, tankəleyhinə 31 mina və 838 digər partlayıcı sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 1144,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
15:59 05.10.2026
Oxunuş sayı: 47