Siyəzəndə narkotiklə bağlı 14 nəfər saxlanılıb
Siyəzəndə narkotiklərlə bağlı 14 nəfər saxlanılıb.
Bu barədə Crossmedia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslərdən ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
15:41 05.10.2026
Oxunuş sayı: 39