“Daha təhsilli gələcək”: BDU-da VII Beynəlxalq Forum keçirilir
Bakı Dövlət Universitetində “Daha təhsilli gələcək” devizi ilə “Təhsildə Yeni Çağırışlar” VII Beynəlxalq Forumu keçirilir. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə elm və təhsil naziri Emin Əmrullayev də iştirak edir.
Crossmedia.az xəbər verir ki, forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə baş tutur.
Forumda təhsildə yeni çağırışlar, müasir yanaşmalar, emosional balans, şüurlu qavrayış və rifahı dəstəkləyən təhsil mühitinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübələr müzakirə olunur.
Tədbirdə təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə müzakirələrin aparılması və beynəlxalq təcrübələrin təqdim edilməsi nəzərdə tutulur.
Nigar Xəlilli
10:43 05.10.2026
Oxunuş sayı: 63