Netanyahu: İsraili dənizdən də qoruyacağıq
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin dənizdən müdafiə imkanlarının gücləndiriləcəyini və bu sahədə dünyanın aparıcı dövlətlərindən birinə çevrilməyi hədəflədiklərini bildirib.
Crossmedia.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu barədə açıqlama verib.
Netanyahu müdafiə qurumlarının əlavə avadanlıqlara ehtiyac duyduğunu bildirib.
Onun sözlərinə görə, İsrailə altıncı sualtı qayıq gətirilib. Baş nazir daha çox gəmi və digər hərbi imkanların əldə edilməsinin planlaşdırıldığını qeyd edib.
Netanyahu bildirib ki, İsrail həm suyun üzərində, həm də sualtında hərbi əməliyyatlar sahəsində dünya liderlərindən birinə çevrilməlidir.
23:56 04.10.2026
Oxunuş sayı: 44