Qara dənizdə iki yük gəmisi hədəfə alınıb
Rusiya Müdafiə Nazirliyi Qara dənizin şimal-qərb hissəsində Ukraynanın hərbi yüklər daşıdığı bildirilən iki quru yük gəmisinin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə MAX messencerində məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan infrastruktur obyektlərinə və dəniz gəmilərinə pilotsuz uçuş aparatları ilə zərbələri davam etdirir.
Bildirilib ki, oktyabrın 4-də Kiyevdə Dnepr çayı üzərində yerləşən Şimal avtomobil nəqliyyatı körpüsü də vurulub. Rusiya tərəfi körpünün qoşunların və hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia edib.
Həmçinin Qara dənizin şimal-qərb hissəsində Odessa limanına hərbi təyinatlı yüklər apardığı bildirilən iki quru yük gəmisinin hədəfə alındığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Ukraynaya gecə zərbələri zamanı Odessada məlumat mərkəzinin və Odessa vilayətinin Çernomorsk şəhərində “Novaya poçta” logistika mərkəzinin “Geran” pilotsuz uçuş aparatları ilə vurulduğunu bildirmişdi.
18:41 04.10.2026
Oxunuş sayı: 51