İran Rusiyanın təklifini nəzərdən keçirəcək
İran Rusiyanın ölkədəki zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı təklifini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verib.
Bəqai bildirib ki, Tehran Rusiya ilə əlaqə saxlayır və Moskvanın təklifini dinləyir. Bununla belə, onun sözlərinə görə, yekun qərarlar İranın milli maraqları əsasında qəbul ediləcək.
Diplomat qeyd edib ki, İran nüvə proqramı ilə bağlı istənilən ssenaridə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çinlə koordinasiyalı fəaliyyət göstərəcək.
Bəqai həmçinin bildirib ki, İranda ekspertlər arasında ölkənin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmasının mümkünlüyü ilə bağlı ciddi müzakirələr aparılır.
Onun sözlərinə görə, İran hücuma məruz qalıb və NPT-yə üzv olan ölkə kimi müqavilənin verdiyi hüquqlardan istifadə etmək imkanına malik olmalıdır. Bununla belə, diplomat İranın hazırda müqavilənin iştirakçısı olaraq qaldığını vurğulayıb.
18:18 04.10.2026
Oxunuş sayı: 52