FIFA: UEFA İnfantinonu təqib edir
FIFA UEFA-nı öz prezidenti Canni İnfantinonu təqib etməkdə və təşkilat rəhbərinin seçkilərinə təsir göstərməyə cəhddə ittiham edib.
Crossmedia.az"Sky News"a istinadən verdiyi məlumata görə, buna səbəb dünya çempionatlarında payların özəl investorlara satılması ilə bağlı layihənin baş tutmaması ətrafında yaranan mübahisə olub və ittihamlar FİFA-nın Mayami məhkəməsinə təqdim etdiyi sənədlərdə yer alıb.
Təşkilat "FIFA Forward Enterprise" layihəsi üzrə bütün materialların təqdim edilməsi ilə bağlı UEFA-nın sorğusunun qəbul edilməməsinə çalışır.
11:31 29.09.2026
Oxunuş sayı: 52