Nepala sel fəlakətindən sonra bərpa üçün milyardlarla dollar lazımdır
Nepala daşqınların fəsadlarının aradan qaldırılması və infrastrukturun bərpası üçün 4-5 milyard dollar vəsait tələb olunur.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Nepalın maliyyə naziri bildirib ki, ölkəyə tunellərdə insanların xilas edilməsi, meyitlərin daşınması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və saxlanılması üçün beynəlxalq yardıma ehtiyac var.
Onun sözlərinə görə, ölkədə xəstəxanalar və meyitxanalar artıq dolub. Daşqınlar məktəb binalarına, xəstəxanalara, su elektrik stansiyalarına, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan vurub.
09:16 29.08.2026
Oxunuş sayı: 46