Qəribabadi Trampın açıqlamasını sərt tənqid etdi
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi olması barədə açıqlamasını istehza ilə şərh edib.
Crossmedia.az xəbər verir ki, İran mediası Qəribabadinin açıqlamasını yayıb.
Qəribabadi Trampın sözlərinə cavab olaraq “şizofreniya” ifadəsindən istifadə edib və bu psixi pozuntunun xüsusiyyətlərini sadalayıb. O, belə xəstələrin daim nəzarətdə saxlanılmasının və gecə-gündüz tibbi yardım almasının vacibliyini vurğulayıb.
16:14 28.08.2026
Oxunuş sayı: 47