Nepal və Çində sel fəlakəti: Ölənlərin sayı 350-ni keçdi
Nepal və Çin sərhədində baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 350-ni keçib, yüzlərlə insan itkin düşüb.
Crossmedia.az “CNN”in yaydığı məlumata istinadən xəbər verir ki, Nepalda daşqınlar nəticəsində 353 nəfər ölüb, 826 nəfər isə itkin düşüb
Çinin Tibet bölgəsində isə azı 3 nəfərin öldüyü, 558 nəfərin itkin düşdüyü bildirilir. Fəlakət nəticəsində yollar, körpülər və yaşayış məntəqələri ciddi zərər görüb.
Axtarış-xilasetmə qrupları çətin relyef və dağıntılar səbəbindən əməliyyatlar zamanı ciddi çətinliklərlə üzləşirlər.
Nepal hakimiyyəti ərazidə yeni sel dalğasının baş verə biləcəyi barədə xəbərdarlıq edib. Torpaq sürüşməsi nəticəsində yaranan göldə su səviyyəsinin yüksəldiyi və bunun əlavə təhlükə yarada biləcəyi bildirilib.
Hazırda itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi və zərərçəkənlərin xilas edilməsi məqsədilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
11:50 28.08.2026
Oxunuş sayı: 52