Dmitri Kiselyov “Vesti nedeli” proqramından gedir
Dmitri Kiselyov “Rossiya 1” telekanalında yayımlanan “Vesti nedeli” proqramının aparıcısı vəzifəsini tərk edəcək.
Crossmedia.az xəbər verir ki, “VGTRK”nin mətbuat xidməti bu barədə məlumat yayıb.
Kiselyov 2012-ci ildən proqramın aparıcısı olub və ümumilikdə 14 il bu vəzifəni tutub. Onu “Vahid Rusiya” partiyasından olan deputat və teleaparıcı Yevgeni Popov əvəz edəcək.
Bununla belə, Kiselyov telekanalda fəaliyyətini davam etdirəcək. Sentyabrın 6-dan etibarən hər bazar günü onun müəllif proqramı “Kiselyov” efirə gedəcək. O, yeni verilişdə həftə ərzində baş verən hadisələrə “şəxsi baxışını” təqdim edəcək.
Kiselyov həmçinin “Rossiya seqodnya” media qrupunun baş direktoru vəzifəsini də qoruyub saxlayacaq.
Qeyd edək ki, daha əvvəl bir sıra Telegram kanalları Rusiya Prezident Administrasiyasının Kiselyovun fəaliyyətindən narazı olduğunu iddia etmişdi.
17:20 24.08.2026
Oxunuş sayı: 43