“Mercedes” və “Opel” TOQQUŞDU – ölənlər var
Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub.
İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır.(Report)
11:08 23.08.2026
Oxunuş sayı: 54