Rusiyada bir gün ərzində 250 Ukrayna PUA-sı məhv edilib
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə sistemləri bir gün ərzində Rusiya əraziləri, eləcə də Qara və Azov dənizlərinin akvatoriyası üzərində 250 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, PUA-lar müxtəlif istiqamətlərdə aşkarlanaraq məhv edilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Ukrayna isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.
23:30 22.08.2026
Oxunuş sayı: 58