Medvedev: Almaniya və Yaponiya revanş istəyir
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya və Yaponiyanın hazırkı rəhbərlərini İkinci Dünya müharibəsində məğlubiyyətdən sonra revanş almaq istəməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, “RIA Novosti” bu barədə məlumat yayıb. Medvedev bu fikirləri “Yedinaya Rossiya” partiyasının XXIII qurultayının ikinci mərhələsində çıxışı zamanı səsləndirib.
O bildirib ki, partiya Rusiya tarixinin təhrif edilməsinə, o cümlədən Sovet xalqının Almaniya və Yaponiyaya qarşı qələbədə həlledici rolunun inkar edilməsinə qarşı mübarizəni davam etdirəcək. “İki ölkənin hazırkı rəhbərlərinin bu gün necə davrandığına baxın. Onlar militarizasiya və revanş istəyirlər”, - deyə Medvedev bildirib.
16:48 22.08.2026
Oxunuş sayı: 76