Ukraynada gecə əməliyyatı: Moskva böyük itkilər açıqladı
Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi aerodrom, yanacaq-energetika və nəqliyyat infrastrukturu obyektlərinin vurulduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, nazirliyin məlumatına görə, son sutka ərzində Ukrayna Silahlı Qüvvələri təxminən 1 370 hərbçi itirib.
Bildirilib ki, Rusiya hava hücumundan müdafiə vasitələri 11 idarəolunan aviasiya bombası və 1 053 təyyarə tipli PUA-nı məhv edib.
13:54 22.08.2026
Oxunuş sayı: 77