Ebola virusundan ölənlərin sayı 2 516 nəfərə çatıb
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması nəticəsində ölənlərin sayı 2 516 nəfərə yüksəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Ölkənin Rabitə və KİV Nazirliyinin açıqladığı məlumatda bildirilib ki, yoluxanların ümumi sayı 5 290 nəfərə çatıb.
Səhiyyə qurumlarının məlumatına görə, ölkədə Ebola epidemiyası ilə mübarizə tədbirləri davam etdirilir. Virusa yoluxma hallarının qarşısının alınması və xəstələrin müalicəsi istiqamətində işlər aparılır.
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması regionda ciddi səhiyyə narahatlığı yaradıb və beynəlxalq təşkilatlar vəziyyəti izləməyə davam edir.
22:24 21.08.2026
Oxunuş sayı: 62