Rusiyanın səfiri hava məkanının pozulmasına görə Finlandiya XİN-ə çağırılıb
Finlandiya Xarici İşlər Nazirliyi Rusiya təyyarəsinin ölkənin hava məkanını pozması ilə bağlı iddialara görə Rusiyanın Helsinkidəki səfirini izahat vermək üçün çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Finlandiya insidentlə bağlı Rusiyadan rəsmi açıqlama tələb edib. Məlumata görə, hadisənin araşdırılması davam edir və Helsinki bu məsələni ciddi qiymətləndirir.
Rusiyanın sözügedən iddialarla bağlı mövqeyi barədə məlumat verilməyib.
21:44 21.08.2026
Oxunuş sayı: 42