Rusiya və Qərb arasında yeni qarşıdurma siqnalı verilib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın Qərb ölkələrinin ticarət gəmilərini ələ keçirmək cəhdlərinə güzgü cavabı ilə bağlı xəbərdarlığının hansı nəticə verəcəyini indidən qiymətləndirmək tezdir.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir.
Peskov qeyd edib ki, bu məsələdə hansı addımların atılacağını və xəbərdarlığın təsirinin nə olacağını əvvəlcədən demək mümkün deyil.
Daha əvvəl Rusiya Qərbin Rusiya ilə əlaqəli ticarət gəmilərinə qarşı mümkün tədbirlərinə cavab olaraq analoji addımlar atacağını bəyan edib.
21:32 21.08.2026
Oxunuş sayı: 45