Rusiyanın Krivoy Roqa endirdiyi zərbə nəticəsində yaralananların sayı 103-ə çatıb - YENİLƏNİB
Krivoy Roq şəhərinin ən böyük ticarət mərkəzlərindən birinə edilən Rusiya hücumu nəticəsində 103 nəfərin yaralandığı bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkulun açıqlamasına görə, yaralananlar arasında 11 uşaq da var.
Məlumata əsasən, 27 yaralı ağır vəziyyətdədir. Onların arasında üç uşaq da yerləşir.
Hücumun detalları və dəymiş ziyanın miqyası ilə bağlı əlavə məlumat verilməyib.
19:27
Rusiyanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində ticarət kompleksinə zərbə PUA-ları ilə hücum etdiyi bildirilir.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində 5 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralılar arasında 6 uşağın olduğu açıqlanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, mülki obyektə iki dalğa ilə zərbə endirilib. Onun sözlərinə görə, ilk hücumdan və yanğının başlamasından təxminən yarım saat sonra xilasedici xidmətlərə qarşı ikinci zərbə həyata keçirilib.
Şəhər hakimiyyətinin məlumatına görə, ticarət mərkəzində mağazalar yanıb və xilasetmə əməliyyatı başlayıb. Yaralılardan 20-nin vəziyyətinin ağır olduğu və əməliyyat olunduğu bildirilib.
Zelenski hücumu terror aktı adlandıraraq beynəlxalq ictimaiyyəti Rusiyaya qarşı təzyiq göstərməyə çağırıb.
21:16 21.08.2026
Oxunuş sayı: 220