Bonus xalları da baha başa gələ bilər: Böyük marketinq tələsi
6,5 min nəfər arasında keçirilən sorğu loyallıq proqramlarının istehlakçılara düşündükləri qədər fayda vermədiyini ortaya çıxarıb.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir.
Sorğunun nəticələrinə görə, iştirakçıların 81%-i bonus kartından istifadənin real iqtisadi faydasını müəyyənləşdirməkdə çətinlik çəkir. 26% respondent isə bonuslardan istifadə etmək, daha çox xal qazanmaq və ya balların yanmasının qarşısını almaq üçün planlaşdırmadığı əlavə alış-verişlər etdiyini bildirib.
Ekspertlərin hesablamasına görə, belə hallarda istehlakçının xərci adi alış-verişlə müqayisədə 50%-dək arta bilər. Məsələn, orta hesabla 800-900 rubl təşkil edən alış-veriş bonuslardan istifadə zamanı 1,2 min rubldan çoxa başa gələ bilər.
Araşdırmada, həmçinin bildirilib ki, bazar üzrə bonusların orta hesabla 60%-dək hissəsi istifadə olunmadan yanır. Mütəxəssislər loyallıq proqramlarının istehlakçıların şəxsi məlumatları üçün də risk yarada biləcəyini vurğulayırlar.
05:20 22.08.2026
Oxunuş sayı: 56