Finlandiya Rusiya sərhədində 200 kilometrlik hasar çəkdi
Finlandiya Rusiya ilə sərhəddə tikdiyi hasarın inşasını demək olar ki, başa çatdırıb. Hazırda sərhəddə 200 kilometr uzunluğunda maneə qurulub.
Crossmedia.az xəbər verir ki, xarici KİV bu barədə məlumat yayıb.
Finlandiya Sərhəd Mühafizəsi Xidmətinin layihə rəhbəri Erkki Matilaynen bildirib ki, sərhəd kompleksinin tikintisi yekun mərhələdədir və hazırda son tamamlama işləri aparılır.
Məlumata görə, hasarın əsas məqsədi insanların Finlandiya ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır.
Sərhəd qurğularının böyük hissəsi Rusiyanın cənub-şərq sərhədində inşa edilib. Ən uzun, 140 kilometrlik hissə Cənubi Kareliya və Kymenlaakso bölgələrinin ərazisində yerləşir.
Tam hazır obyektin sifarişçiyə sentyabr ayında təhvil verilməsi planlaşdırılır.
Qeyd edək ki, Finlandiya Rusiya ilə sərhəddə hasarın tikintisinə 2023-cü ilin fevralında başlayıb. Oxşar sərhəd maneələrinin yaradılması layihəsi Estoniyada da həyata keçirilir.
17:26 21.08.2026
Oxunuş sayı: 50