Bitcoin kəskin bahalaşdı
Bitcoin aylarla davam edən eniş tendensiyasından sonra cümə günü 79 500 dollar həddini keçərək son aylardakı ən yüksək səviyyəsinə çatıb.
Crossmedia.az xəbər verir ki, "Euronews" bu barədə məlumat yayıb.
Dünyanın ən böyük kriptovalyutasının qiyməti gün ərzində 79 500 dollara yüksəldikdən sonra təxminən 77 700 dollaradək geriləyib. Bununla belə, Bitcoin bazar ertəsindən etibarən 25 faizdən çox bahalaşıb.
16:49 21.08.2026
Oxunuş sayı: 48