Peskov: Ukrayna “Maşa və Ayı” ilə də müharibə aparmağa başlayıb
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Peskovun sözlərinə görə, Ukraynanın cizgi filmləri ilə də “müharibəyə başlaması” Kiyev hakimiyyətinin siyasətini nümayiş etdirir.
“Ukraynanın cizgi filmləri ilə də müharibəyə başlaması Kiyev rejiminin eybəcərliyini bir daha göstərir”, – Kremlin sözçüsü bildirib.
O, “Maşa və Ayı”nın dünyada geniş populyarlıq qazandığını qeyd edib. Peskovun fikrincə, cizgi serialı mehribanlığı, humanizmi və müsbət mənada ən yaxşı insani keyfiyyətləri təbliğ etməsi ilə tamaşaçıların rəğbətini qazanıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 20-də “Maşa və Ayı” cizgi serialının yaradıcıları ilə bağlı sanksiyaları təsdiqləyib. Qərarın serialın uşaqlar üçün nəzərdə tutulan məzmun vasitəsilə Rusiyayönlü narrativlər yaydığına dair Ukrayna tərəfinin qiymətləndirməsi ilə əlaqəli olduğu bildirilir.
15:38 21.08.2026
Oxunuş sayı: 49