Rusiya bu ərazini NƏZARƏTƏ GÖTÜRDÜ
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbçiləri Donetsk vilayətindəki Zelenoye yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Zelenoye yaşayış məntəqəsi Rusiya qoşunlarının keçirdiyi hərbi əməliyyat nəticəsində nəzarətə götürülüb.
Qeyd edək ki, Donetsk vilayətində eyni adlı bir neçə yaşayış məntəqəsi mövcuddur. Rusiya Müdafiə Nazirliyi daha əvvəl, 2025-ci il yanvarın 26-da Donetskdəki Zelenoye kəndinin nəzarətə götürüldüyünü açıqlamışdı.
13:26 21.08.2026
Oxunuş sayı: 49