Ermənistanda parlament böhranı DƏRİNLƏŞİR
Ermənistan parlamentində müxalifət hakim “Vətəndaş müqaviləsi” fraksiyasını Milli Assambleyanın normal fəaliyyətinə siyasi sabotaj yolu ilə mane olmaqda ittiham edib.
Crossmedia.az xəbər verir ki, xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə avqustun 21-də Milli Assambleyanın iclasında daimi parlament komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryan danışıb.
O bildirib ki, “Vətəndaş müqaviləsi” əvvəlki gün “Güclü Ermənistan” tərəfindən üç daimi parlament komissiyasının sədri vəzifəsinə irəli sürülən namizədlərin hər üçünün əleyhinə səs verib.
“Artıq 16-cı iclas keçirilir, lakin parlament hələ də xalqımız üçün ən mühüm məsələlərin müzakirəsinə keçməyib. Bu, təkcə Milli Assambleyanın normal fəaliyyətinin deyil, həm də hökumətin fəaliyyətinin sabotaj edilməsidir”, - Kazaryan deyib.
Deputatın sözlərinə görə, parlamentin sözügedən məsələnin müzakirəsinə qayıtması barədə qərar qəbul etdiyi gün hökumət öz fəaliyyət proqramını təsdiqləyib. Onun sözlərinə görə, həmin proqramın artıq Milli Assambleyaya daxil olması ehtimalı var.
13:06 21.08.2026
Oxunuş sayı: 47