Azərbaycanda hava KƏSKİN DƏYİŞDİ
Avqustun 21-i saat 11:00-a olan məlumata görə, Azərbaycanın bəzi rayonlarında yağış və dolu düşüb, Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 21 m/s-yə çatıb.
Crossmedia.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, avqustun 20-si günün ikinci yarısından etibarən bəzi rayonlarda arabir şimşək çaxıb və yağış yağıb. Ayrı-ayrı ərazilərdə yağıntılar leysan xarakterli və intensiv olub.
Ən çox yağıntı Şahdağda 18 mm, Gədəbəydə 17 mm, Daşkəsəndə 15 mm, Qusarda 10 mm, İsmayıllıda 6 mm, Göygöldə 5 mm qeydə alınıb.
Xınalıqda (Quba) 4 mm, Ağdam və Qəbələdə 3 mm, Qaxda 2 mm, Goranboy, Gəncə, Naftalan, Xaltan, Tovuz, Zaqatala, Tərtər, Bərdə, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə isə 1 mm-dək yağıntı düşüb.
Avqustun 20-si saat 20:25–20:33 radələrində Kəlbəcər rayonunun İstisu qəsəbəsinin Alagöllər ərazisinə diametri 8–10 mm olan dolu düşüb.
Hazırda ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19, Gəncədə 18, Şəmkir, Şabran və Naftalanda isə 16 m/s-yə çatır.
11:27 21.08.2026
Oxunuş sayı: 53