"Zirə"nin futbolçusu Junior Martins Kamboca klubuna transfer olunub
"Zirə"nin hücumçusu Junior Martins Kambocanın "Prexxanrit Svayrinq" klubuna transfer olunub.
Bu barədə Crossmedia.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən bildirilib.
26 yaşlı futbolçunun keçidi ilə bağlı tərəflər arasında müqavilə bağlanıldığı qeyd olunub.
11:09 21.08.2026
Oxunuş sayı: 45