Rəsmi Moskva "Maşa və Ayı" ilə bağlı Zelenskiyə cavab verdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin “Maşa və Ayı” cizgi serialının yaradıcılarına qarşı sanksiyalar tətbiq etməsini istehza ilə şərh edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, görünür, Zelenski yalnız “Maşa və Ayı”na qarşı sanksiyaların cəbhədəki vəziyyəti dəyişə biləcəyinə inanır.
Qeyd edək ki, Zelenski daha əvvəl cizgi serialının yaradıcıları və yayımı ilə əlaqəli bir sıra Rusiya vətəndaşları və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib.
11:02 21.08.2026
Oxunuş sayı: 43