Tramp İrana qarşı hərbi əməliyyatı yenidən keçirəcəyini BİLDİRDİ
ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatın həyata keçirilməsinin Vaşinqton üçün zəruri olduğunu bildirib və belə bir qərarı yenidən verəcəyini deyib.
Crossmedia.az xəbər verir ki, “WABC” radiostansiyası bu barədə məlumat yayıb.
Tramp müsahibəsində ABŞ-nin İranla bağlı hərəkətlərində başqa seçim imkanının olmadığını bildirib.
“Bunu etməyimin səbəbi bizim seçimimizin olmaması idi. Mən bunu yenidən yüz dəfə edərdim. Onların nüvə silahı ola bilməz və nüvə silahları olmayacaq”, – deyə ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Vaşinqtonun əsas məqsədlərindən biri İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
10:09 21.08.2026
Oxunuş sayı: 60