“Lukoyl”un böyük zavodu hücuma məruz qaldı
Ukrayna PUA-ları Rusiyanın iri neft emalı zavoduna zərbə endirib
Crossmedia.az xəbər verir ki, Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Perm şəhərində yerləşən “Lukoyl-Permnefteorgsintez” neft emalı zavoduna zərbə endirib.
Permdəki neft emalı zavodu Rusiyanın əsas neft şirkətlərindən biri olan “Lukoyl”un mühüm aktivlərindən hesab olunur.
Müəssisənin illik layihə üzrə neft emalı gücü 13,1 milyon ton təşkil edir.
09:28 21.08.2026
Oxunuş sayı: 44