Naxçıvanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 mindən çox şəxs qəbul edilib
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında (MR) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərində 28 063 şəxs qəbul edilib.
Crossmedia.az xəbər verir ki, hesabat dövründə vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin qəbulu, cari vergi ödənişləri və digər məsələlər üzrə ümumilikdə 41 717 xidmət göstərilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.
Bildirilib ki, göstərilən xidmətlərin 83 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:
- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzlərin verilməsi;
- "ASAN İmza" sertifikatının verilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin bərpası;
- Fiziki şəxsin uçotdan çıxarılması;
- Əmək müqaviləsi üzrə elektron informasiya sistemində aparılan əməliyyatlar.
Yanvar-may aylarında vergi ödəyicilərinə məlumatlandırma xarakterli 687 628 bildiriş (məktub) göndərilib, 72 görüş keçirilib, 425 ünvanlı xidmət göstərilib.
Həmçinin qeyd olunan dövrdə 2828 müraciət üzrə 4 824 "Asan İmza" sertifikatı verilib. (Report)
15:05 18.08.2026
Oxunuş sayı: 56