ABŞ husilərə qarşı Səudiyyə Ərəbistanına kəşfiyyat dəstəyi verir
ABŞ Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı keçirdiyi əməliyyatlara kəşfiyyat və hədəflərin müəyyənləşdirilməsi sahəsində dəstək verir, lakin hazırda döyüşlərdə birbaşa iştirak etmir.
Crossmedia.az xəbər verir ki, ABŞ rəsmiləri bu barədə məlumat yayıb.
Məlumata görə, Vaşinqton Səudiyyə Ərəbistanına husilərlə bağlı kəşfiyyat məlumatları və hədəfləmə üzrə məlumatlar təqdim edir. ABŞ rəsmiləri isə ölkənin Yəməndəki əməliyyatlara birbaşa hərbi müdaxilə etmək niyyətində olmadığını bildiriblər.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının və onun dəstəklədiyi Yəmən hökumət qüvvələrinin husilərə qarşı əməliyyatları Bab əl-Məndəb boğazına nəzarət uğrunda mübarizə fonunda genişlənib. ABŞ isə diqqətini İran və Hörmüz boğazı istiqamətində saxlamağa çalışır və Yəməndə yeni cəbhənin açılmasının risklərini nəzərə alır.
Bundan əvvəl Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampdan husilərə qarşı birbaşa zərbələr endirməsini istəyib. Tramp isə ABŞ-ın hazırda birbaşa hərbi müdaxiləyə qoşulmayacağını bildirib.
20:28 04.10.2026
Oxunuş sayı: 51