Pegasus Avropada iki aviaşirkəti 154 milyon avroya aldı
Türkiyənin “Pegasus Airlines” aviaşirkəti “Czech Airlines” və “Smartwings” şirkətlərinin satın alınması ilə bağlı 154 milyon avroluq sövdələşməni tamamlayıb.
Crossmedia.az xəbər verir ki, “Pegasus Airlines” bu barədə məlumat yayıb.
Bildirilir ki, sövdələşmə üçün tələb olunan tənzimləyici qurumların icazələri alındıqdan sonra hər iki aviaşirkətin satınalma prosesi başa çatdırılıb.
“Czech Airlines” və “Smartwings” fəaliyyətlərini əvvəlki brendləri altında davam etdirəcəklər.
Sövdələşmənin “Pegasus Airlines”ın Avropa bazarındakı mövqeyini genişləndirməsi və təyyarə, mühərrik, yanacaq, texniki xidmət və digər xidmətlərin təchizatçıları ilə danışıqlarda şirkətin mövqeyini gücləndirməsi gözlənilir.
22:00 04.10.2026
Oxunuş sayı: 51