Şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür
Bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin anım günüdür.
Crossmedia.az xəbər verir ki, Zaur Nudirəliyev 2020-ci il oktyabrın 4-də Cəbrayıl istiqamətində 13-cü döyüş uçuşunu həyata keçirərkən idarə etdiyi “Su-25” təyyarəsi düşmən tərəfindən vurulub.
Ağır yaralanmasına baxmayaraq, katapult etmək imkanı olan polkovnik təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpıb. Nəticədə Zaur Nudirəliyev şəhid olub.
Qeyd edək ki, Zaur Nudirəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif edilib.
21:43 04.10.2026
Oxunuş sayı: 50