Paraqvayı nəhəng dolu vurdu: avtomobillər və evlərin damları zədələndi
Paraqvayın paytaxtı Asunson və ətraf şəhərlərdə güclü fırtına iri dolu ilə müşayiət olunub, avtomobillərə və evlərə ciddi ziyan dəyib.
Crossmedia.az xəbər verir ki, güclü fırtına zamanı bəzi ərazilərə tennis topu, hətta yumruq ölçüsündə dolu düşüb. Nəticədə avtomobillərin şüşələri sınıb, kuzovları zədələnib, evlərin dam örtüklərinə ziyan dəyib.
Fırtına Asunsonla yanaşı, Mərkəzi departamentin bir sıra şəhərlərində də hiss olunub. Güclü külək və yağıntı elektrik təsərrüfatında da problemlər yaradıb, bəzi ərazilərdə elektrik enerjisinin verilişi kəsilib.
Paraqvayın Meteorologiya və Hidrologiya İdarəsi ölkənin müxtəlif bölgələri üçün əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Proqnoza əsasən, bəzi ərazilərdə güclü yağış, dolu və saatda 100 kilometrə çatan külək müşahidə oluna bilər.
20:29 04.10.2026
Oxunuş sayı: 51