16:17 26.09.2026
Bir nəfəs min zəhər - Hamiləlikdə siqaretin gizli təhlükəsi
85
Hamiləlik dövründə siqaret istifadəsinin ana bətnindəki körpənin inkişafına ciddi təsir göstərə biləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin “Bir Nəfəs Min Zəhər” adlı araşdırma dosyesində aktiv və passiv siqaret istifadəsinin hamiləlik və doğuşdan sonrakı dövrdə körpələr üçün yaratdığı risklər araşdırılıb.
Zeynep Kamil Qadın və Uşaq Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasının Neonatologiya mütəxəssisi Prof. Dr. Elif Özalkaya bildirib ki, hamiləlik zamanı ananın siqaret çəkməsi nikotinin plasenta vasitəsilə dölə keçməsinə və körpənin oksigenlə təminatının pozulmasına səbəb ola bilər.
Onun sözlərinə görə, siqaret istifadəsi ilə əlaqəli ən çox rast gəlinən problemlər arasında aşağı çəkili doğuş, vaxtından əvvəl doğuş və ana bətnində inkişaf geriliyi yer alır. Həmçinin ölü doğum riskinin də artdığı qeyd olunub.
Mütəxəssis bildirib ki, aparılan araşdırmalar hamiləlik zamanı siqaretin körpənin beyin, ağciyər və ürəyinə mənfi təsirlərini də göstərir. Bu təsirlərin gələcəkdə diqqət çatışmazlığı, hiperaktivlik, astma və tənəffüs problemləri ilə əlaqəli ola biləcəyi vurğulanıb.