15:33 30.09.2026
Rusiya Ukraynada daha 3 yaşayış məntəqəsinin ələ keçirildiyini açıqladı
23
Rusiya Müdafiə Nazirliyi Ukraynada hərbi əməliyyatlar zamanı daha üç yaşayış məntəqəsinin nəzarətə götürüldüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya MN-in yaydığı məlumata əsasən, söhbət Xarkov vilayətindəki Şabelnoye, Sumı vilayətindəki Tolstodubovo və Zaporojye vilayətindəki Yeqorovka yaşayış məntəqələrindən gedir.
Bildirilib ki, həmin ərazilərin ələ keçirilməsi ilə bağlı məlumat Rusiya Müdafiə Nazirliyinin gündəlik hərbi hesabatında yer alıb.
Qeyd edək ki, tərəflərin hərbi əməliyyatlarla bağlı açıqlamaları müstəqil mənbələr tərəfindən hər zaman dərhal təsdiqlənmir.