Rusiya Ukraynanın Afrikadakı gizli fəaliyyəti barədə danışdı
Rusiya Hərbi-Diplomatik Təhlil və Qiymətləndirmə Mərkəzinin rəhbəri, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin (QRU) veteranı Vladimir Vinokurov Ukrayna hərbi kəşfiyyatının Afrikada təxribat fəaliyyətini artırdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Vinokurovun sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 2023-2024-cü illərdən etibarən Afrikanı Rusiyanın hərbi və iqtisadi maraqlarına zərər vurmaq üçün əsas istiqamətlərdən biri kimi nəzərdən keçirir. O bildirib ki, bu fəaliyyət Ukrayna Silahlı Qüvvələrinin nizami bölmələri birbaşa cəlb edilmədən həyata keçirilir.
Rusiyalı ekspertin iddiasına görə, bu strategiyanın əsas vasitələrindən biri regionda Rusiya strukturlarına qarşı mübarizə aparan silahlı qruplarla əlaqələrin qurulmasıdır. Buraya ilk növbədə Sahel bölgəsindəki tuareq separatçı qrupları və onlarla əlaqəli radikal islamçı təşkilatlar daxildir.
Vinokurov əməliyyatlarda Ukrayna hərbi kəşfiyyatının xüsusi təyinatlı bölmələrinin, o cümlədən “A” Xüsusi Əməliyyatlar Mərkəzi və “Timur” dəstəsinin əməkdaşlarının iştirak etdiyini iddia edib.
Onun sözlərinə görə, xarici ordularda, o cümlədən Fransa Xarici Legionunda və özəl hərbi şirkətlərdə xidmət təcrübəsi olan, fransız və ərəb dillərini bilən Ukrayna vətəndaşları da bu missiyalara cəlb olunur.
Vinokurov həmçinin iddia edib ki, əməliyyatlarda Rusiya pasportları da daxil olmaqla ikili sənədlərə malik şəxslərdən istifadə edilir. Onun sözlərinə görə, bu sənədlər arasında Krım, Donbas və digər bölgələrdə 2014-2022-ci illərdən əvvəl verilmiş pasportlar da var.
Qeyd edək ki, Rusiyanın Cənubi Sudandakı səfiri Aleksandr Kosmodemyanski daha əvvəl Ukrayna xüsusi
23:52 02.10.2026
Oxunuş sayı: 46