Baltikyanı ölkələr Rusiyaya qarşı müdafiə hazırlığını artırır
Baltikyanı ölkələr ABŞ-nin dəstəyi olmadan Rusiya ilə mümkün müharibəyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Baltikyanı ölkələrin hərbi planlaşdırıcıları Rusiya ilə mümkün münaqişə zamanı ABŞ-nin hərbi dəstəyinin gecikə biləcəyi və ya ümumiyyətlə göstərilməyəcəyi ssenarilərə getdikcə daha çox hazırlaşırlar.
Estoniya, Latviya və Litvada keçirilən hərbi təlimlər zamanı belə şəraitdə ölkələrin özlərini necə müdafiə edə biləcəyi sınaqdan keçirilir.
Avropanın NATO ölkələri hərbi imkanlarını genişləndirsələr də, Baltikyanı ölkələrin nümayəndələri ABŞ-nin peyk kəşfiyyatı, müasir raket sistemləri və hipersəs silahları kimi imkanlarının asanlıqla əvəz edilə bilməyəcəyini bildirirlər.
Litva isə mümkün işğal ssenarisinə qarşı arxa cəbhədə fəaliyyət göstərəcək mülki müqavimət dəstələrini də hazırlayır. Bu çərçivədə dövlət tərəfindən dəstəklənən Litva Atıcılar İttifaqının üzvlərinə pusquların təşkili və kəşfiyyat məlumatlarının toplanması kimi fəaliyyətlər üzrə hazırlıq keçirilir.
22:52 02.10.2026
Oxunuş sayı: 42