Ukrayna və Almaniya 15 yeni saziş imzalayıb
Ukrayna və Almaniya müdafiə, enerji və hərbi sənaye sahələrini əhatə edən daha 15 yeni saziş imzalayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verib.
Razılaşmalar çərçivəsində “Siemens Energy” şirkətindən “Naftogaz”ın müharibə dövründə fəaliyyətini dəstəkləmək üçün yeni nasos avadanlıqlarının alınması nəzərdə tutulur.
Bundan başqa, “Diehl” şirkətindən IRIS-T hava hücumundan müdafiə sistemlərinin alınması və Almaniyada “Patriot” raketlərinin istehsalının artırılması üzrə işlərin aparılması planlaşdırılır.
Tərəflər hava hücumundan müdafiə sahəsində “Freya” layihəsi üzrə əməkdaşlıq, düşmən hədəflərinin aşkarlanması üçün “Hensoldt” radarlarının alınması barədə də razılığa gəliblər.
Sazişlərdən biri FFG şirkəti ilə təxminən 2 milyard avro dəyərində sursat tədarükünü nəzərdə tutur.
Həmçinin “Amprion”, “Steag” və “Energo” şirkətləri ilə qış dövrünün keçirilməsini təmin etmək məqsədilə bir sıra razılaşmalar əldə olunub.
23:47 04.10.2026
Oxunuş sayı: 47