Zelenski Trampın tənqidlərinə cavab verdi: “Ukraynanın maraqlarını müdafiə edirəm”
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın sərt tənqidlərinə cavab olaraq yalnız Ukraynanın maraqlarını müdafiə etdiyini bildirib. Tramp isə Zelenski ilə anlaşmağın Rusiya Prezidenti Vladimir Putinlə anlaşmaqdan daha çətin olduğunu deyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
ABŞ Prezidenti Moskva ilə Rusiya dizel yanacağının idxalına dair mübahisəli razılaşma əldə etdikdən sonra Ukraynanın Rusiya neft emalı zavodlarına qarşı yeni hücumlarını “rüsvayçılıq” adlandırıb.
Zelenski Brüsseldə keçirilən Avropa İttifaqı sammitində çıxışı zamanı dizel razılaşmasını qəbul edə bilməyəcəyini bildirib. O, bu sazişin ardınca Rusiya ilə qaz idxalına dair razılaşmanın da gündəmə gələ biləcəyini qeyd edib.
“Əgər mən buna qarşı çıxmasam, bunu başqa kim edəcək?” – deyə Ukrayna Prezidenti bildirib.
Vaşinqtonla Kiyev arasında gərginlik dizel razılaşması və Ukraynanın döyüş meydanında istifadə etdiyi peyk rabitə şəbəkəsinə tətbiq edilən məhdudiyyətlər fonunda daha da artıb.
17:37 04.10.2026
Oxunuş sayı: 24