Polşa müharibəyə hazırlıq üçün yeni qanun hazırlayır
Polşa müharibəyə hazırlıq çərçivəsində yeni müdafiə qanunu hazırlayır.
Crossmedia.az xəbər verir ki, “Rzeczpospolita” bu barədə məlumat yayıb.
Polşanın Müdafiə Nazirliyi ölkənin tam müdafiə hazırlığı vəziyyətinə keçirilməsi ilə bağlı yeni qanun layihəsi üzərində işləyir.
Layihə hərbi vəziyyət elan edilməzdən əvvəl Polşa və müttəfiq qüvvələrin ölkə ərazisinə əvvəlcədən yerləşdirilməsinə, müvafiq infrastrukturun hazırlanmasına və ölkənin tam müdafiə hazırlığına daha sürətli keçirilməsinə imkan verəcək.
Hazırda qanun layihəsi Polşanın Müdafiə Nazirliyində razılaşdırılır.
22:44 02.10.2026
Oxunuş sayı: 42