15:57 08.09.2026
Saxta plastik cərrahlar belə ifşa olundu
83
Ötən ay ümumilikdə 22 klinika və 3 plastik cərrah barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, aşkarlanan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib olunub.
Müəyyən edilmiş əsas pozuntular arasında sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma, lisenziyada nəzərdə tutulmayan fəaliyyət növlərinin həyata keçirilməsi, yararlılıq müddəti bitmiş və ya dövlət qeydiyyatından keçməmiş dərman vasitələrindən istifadə, yoxlama prosesinə maneə yaradılması, eləcə də lisenziya olmadan özəl tibb fəaliyyətinin həyata keçirilməsi halları yer alıb.