Dəm qazı can alır - Ekspert qorunmağın yollarını göstərdi
Qış mövsümündə məişət təhlükəsizliyi ilə bağlı risklər bir daha ciddi nəticələr doğurmağa davam edir. Dəm qazından zəhərlənmə halları xüsusilə soyuq aylarda insan həyatı üçün real təhlükə mənbəyinə çevrilir və bu cür hadisələr cəmiyyət üçün ciddi xəbərdarlıq xarakteri daşıyır. Yanvarın son günlərində Bakıda və regionlarda baş verən ardıcıl faciəvi hadisələr bu problemin aktuallığını bir daha gündəmə gətirib. Yaşayış evlərində təhlükəsizlik qaydalarına əməl edilməməsi və ya texniki nasazlıqlar insan itkiləri ilə nəticələnərək, preventiv tədbirlərin vacibliyini ön plana çıxarır.
Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Məişətdə qaz cihazı istifadə olunarsa onun təhlükəsiz işlədilməsinə diqqət yetirilməlidir. Qaz yanıcı və partlayıcı xassəyə malikdir düzgün istifadə olunmadıqda dəm qazı əmələ gələ bilər Ona görə qaz təchizatı olan yerlərdə təhlükəsizlik ön planda olmalıdır. Qaz cihazları standartlara uyğun olmalıdır. Qaz cihazı olan otaqda mütləq ventilyasiya havalandırma və nəfəslik olmalıdır. Tüstü bacaları normativ standartlara uyğun və işlək vəziyyətdə saxlanmalıdır. Dəm qazı və qaz sızması üçün detektorlar quraşdırılmalıdır. Otaqda kifayət qədər hava olmadıqda tüstü bacası işlək vəziyyətdə olmadıqda və ya standartlara uyğun olmadıqda yanma prosesi natamam gedir və nəticədə dəm qazı əmələ gəlir".
O bildirib ki, hamam otaqları xüsusilə risklidir: "Belə ki, təhlükəsizlik baxımından qaz cihazının hamamda olması tövsiyə olunmur. Əgər quraşdırılıbsa tüstü bacası işlək vəziyyətdə ventilyasiya və nəfəslik təmin edilməlidir. Standartlara görə otağın minimum sahəsi 7 5 m² hündürlüyü isə 2 2 m olmalıdır. Bu tədbirlər dəm qazının qurbanına çevrilmək riskini minimuma endirir. Qaz cihazı olan otaqlarda havalandırma ventilyasiya və detektorların olması vacibdir".
Elmir Heydərli
11:28 22.01.2026
Oxunuş sayı: 1664