Vens Zelenskidən bu əraziyə zərbələri dayandırmağı tələb edib
ABŞ vitse-prezidenti Ceyms Vens Ukrayna Prezidenti Volodimir Zelenskidən Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna zərbələri dayandırmağı tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Vens bu tələbi iyulun 31-də Zelenski ilə telefon danışığı zamanı səsləndirib.
Nəşrin yazdığına görə, Kiyev ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına lisenziya almaq məqsədilə Vaşinqtonun tələbi ilə razılaşıb.
11:29 12.08.2026
Oxunuş sayı: 62