Makron üçüncü dəfə prezident ola bilər
Fransa Prezidenti Emmanuel Makron gələcəkdə ölkə prezidentliyinə yenidən qayıtmaq və üçüncü prezidentlik müddəti üçün namizəd olmaq ehtimalını istisna etməyib.
Crossmedia.az xəbər verir ki, Makron bu barədə “Lumière” sammitində danışıb.
Makron bildirib ki, Fransa Konstitusiyasına əsasən prezident ardıcıl olaraq yalnız iki müddət vəzifədə qala bilər və onun hazırkı prezidentlik müddəti gələn ilin mayında başa çatacaq. O, daha sonra prezidentliyə qayıdış ehtimalı ilə bağlı “heç nəyi istisna etmirəm” deyib.
19:26 26.09.2026
Oxunuş sayı: 41