Qazaxıstanda Müdafiə Nazirliyinin fəaliyyəti yoxlanılacaq - Səbəb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyində kompleks yoxlama aparılması üçün komissiya yaradılması barədə göstəriş verib. Bu qərar hərbi qulluqçuların ölümü ilə nəticələnən hadisədən sonra qəbul edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Komissiyaya Müdafiə Nazirliyində, o cümlədən hərbi hissələrin maliyyə və maddi-texniki təminatı sahəsində vəziyyətin hərtərəfli araşdırılması tapşırılıb.
Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edəcək. Komissiya yeddi gün ərzində görülən işlərlə bağlı ilkin nəticələri təqdim etməlidir.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Mangistau vilayətində hərbi təlim zamanı 17 hərbçi Xəzər dənizinə düşüb. Hadisə nəticəsində 14 hərbçinin öldüyü açıqlanıb.
19:38 26.09.2026
Oxunuş sayı: 50