Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb
Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.
Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.
Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
19:20 26.09.2026
Oxunuş sayı: 35