Leypsiqdə aşkarlanan dronla bağlı Rusiyaya ittiham irəli sürülüb
Almaniya xarici işlər naziri İohan Vadeful Leypsiqdə aşkarlanan pilotsuz uçuş aparatı ilə bağlı Rusiyaya iradını çatdırıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirdiyi mətbuat konfransında Vadefulun ona Leypsiqdə aşkarlanan dronla bağlı irad bildirdiyini deyib.
Lavrovun sözlərinə görə, Almaniya hakimiyyəti insidentdən sonra “yüksək ehtimalla” ifadəsindən istifadə edərək hadisəyə görə Rusiyanı ittiham edib. O bildirib ki, bu məsələ Rusiyanın Bonndakı baş konsulluğunun bağlanmasına səbəb olub.
Diplomat konsulluğun bağlanmasının Bonnda fəaliyyət göstərən bir sıra strukturların işinə mənfi təsir etdiyini deyib. Lavrov həmçinin Almaniyanın Rusiya ilə bağlı öhdəliklərini, ehtimal ki, unutduğunu bildirib.
Qeyd edək ki, avqustun əvvəlində Leypsiq hava limanının yük daşımaları üçün nəzərdə tutulan təhlükəsizlik zonasında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı aşkarlanıb. Almaniya konkret sübutlar təqdim etmədən hadisəyə görə Rusiyanı məsul tutub, Moskva isə bu ittihamları rədd edib.
Bundan sonra Almaniya Rusiyanın Bonndakı baş konsulluğunun bağlanacağını və Berlindəki “Russkiy Dom”la bağlı müqavilənin ləğv ediləcəyini açıqlayıb. Moskva isə cavab olaraq Almaniyanın “Göte İnstitutu”nun filiallarının bağlanacağını bildirib.
23:26 26.09.2026
Oxunuş sayı: 52