Almaniya kəşfiyyatı iş adamlarını xarici casusların “şirin tələləri” barədə xəbərdar edib
Almaniyanın daxili kəşfiyyat orqanı xarici casusların iş adamlarını şəxsi münasibətlər vasitəsilə kompromat vəziyyətinə salmağa və əməkdaşlığa məcbur etməyə çalışa biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Almaniya Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi (BfV) “Handelsblatt” qəzetinə açıqlamasında bildirib ki, xarici kəşfiyyat orqanları hədəf seçdikləri şəxslərlə şəxsi münasibətlər quraraq onları çətin vəziyyətə salmağa çalışırlar.
Qurumun məlumatına görə, kəşfiyyat əməkdaşları əvvəlcə potensial hədəfləri müəyyənləşdirir və onlar haqqında ətraflı məlumat toplayırlar. Daha sonra həmin şəxsləri şüurlu və ya bilmədən əməkdaşlığa cəlb etmək üçün təzyiq göstərə bilərlər.
Xəbərdarlıq ABŞ mediasında “Nvidia” şirkətinin baş icraçı direktoru Jensen Huangın Çin kəşfiyyatı ilə əlaqədə olmaqda şübhəli bilinən çinli iş qadını ilə nikahdankənar münasibət yaşadığı barədə yayılan məlumatlardan sonra edilib.
Çin tərəfi bu iddiaları əsassız adlandıraraq rədd edib.
01:30 11.11.2026
Oxunuş sayı: 22